Yəməndə husilər bir sıra əraziləri ələ keçirib
Digər ölkələr
- 14 oktyabr, 2021
- 03:48
Yəməndə husilər Marib əyalətinin mərkəzinə yaxın bir sıra əraziləri ələ keçirib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, üsyançılar El-Cube rayonunun 3 kəndini ələ keçiriblər. Yəmən ordusu husilərin El-Cubenin mərkəzinə nəzarəti ələ keçirməməsi üçün müdafiəyə keçib, tərəflər arasında şiddətli döyüşlər başlayıb.
Məlumata görə, husilərin El-Cubedə yanacaqdoldurma məntəqəsini hədəfə alaraq partlatması nəticəsində bir neçə mülki şəxs ölüb və yaralanıb. Hadisənin təfərrüatları açıqlanmır.
Yəmən ordusu bir neçə saat əvvəl əyalətin mərkəzi Marib şəhərinin cənubundakı əsas yolu hərbi səbəblərdən bağladığını açıqlayıb.
Son xəbərlər
09:43
Azərbaycan nefti ucuzlaşma davam edir
Energetika09:42
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Fərdi09:39
Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət09:34
Türkiyədə bir neçə məşhur şəxs narkotikə görə saxlanılıb
Region09:32
"Qalatasaray"ın sabiq futbolçusu Hasan Şaş saxlanılıb
Futbol09:21
EBRD Azərbaycandakı layihələr portfelini yeniləyib
Maliyyə09:17
Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər
Futbol09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.09.2026)
Maliyyə09:00