Yaponiyada leysan yağışlar nəticəsində 10 nəfər ölüb, 2 nəfər itkin düşüb

Digər ölkələr
  • 17 avqust, 2026
  • 10:30
Yaponiyada leysan yağışlar nəticəsində 10 nəfər ölüb, 2 nəfər itkin düşüb

Yaponiyanın Tiba prefekturasında leysan yağışlar 10 nəfərin ölümü, 2 nəfərin isə itkin düşməsi ilə nəticələnib.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Daşqınlar nəticəsində 1 834 binanı su basıb, 42 ev qismən zədələnib, 12 ev tamamilə dağılıb. 2 500-ə yaxın avtomobil isə su altında qalıb.