Yaponiyada isti hava hökm sürür
Digər ölkələr
- 17 avqust, 2020
- 08:46
Yaponiyanın Şizuoka prefekturası (əyaləti) Hamamatsu şəhərində ölkə üçün rekord olan 41,1 dərəcə isti qeydə alınıb.
“Report” “Kyodo”ya istinadən xəbər verir ki, eyni hərarət 2018-ci il iyulun 23-də Saytama prefekturasının Kumaqaya şəhərində də ölçülmüşdü.
Qeyd edək ki, bu ilin avqust ayı Yaponiyada isti hava şəraiti ilə əlamətdar oldu. Məsələn, paytaxt Tokioda hava hərarəti 35 dərəcədir. İsti havaların qarşıdakı günlərdə də davam edəcəyi bildirilir. Hökumət vətəndaşları istivurmasından qorunmağa çağırıb.
Ötən il Yaponiyada istivurmasından 70 mindən çox sakin xəstəxanalara yerləşdirilmiş, onlardan 126 nəfər ölmüşdü.
Son xəbərlər
13:19
Azərbaycan manatının dövretmə sürəti iyunda artıb
Maliyyə12:57
Bilgəhdə 25 yaşlı gənc dənizdə batıb
Hadisə12:40
AMB investisiya şirkətlərində müştəri hüquqlarının qorunmasına dair yeni tələblər müəyyənləşdirib
Maliyyə12:39
Foto
İsmayıllıda zəncirvari avtoqəza baş verib, xəsarət alanlar var
Hadisə12:30
Elgün Kərimli Bakıda təşkil olunan dünya çempionatındakı ilk görüşündə uduzub
Fərdi12:23
Video
Dunkan Norman Azərbaycan xalqını təbrik edib
Mədəniyyət siyasəti12:23
Bazar gününə olan hava proqnozu açıqlanıb
Ekologiya12:19
"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilməyib
Futbol12:17