Bazar gününə olan hava proqnozu açıqlanıb
Ekologiya
- 01 avqust, 2026
- 12:23
Bakıda və Abşeron yarımadasında avqustun 2-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.
Son xəbərlər
21:19
Bərdədə yol qəzası olub, xəsarət alanlar var
Hadisə21:09
Xalq artisti Tofiq Bakıxanov İkinci Fəxri xiyabanda dəfn olunacaq
Mədəniyyət siyasəti21:07
Qalibaf ABŞ-nin maliyyə təzyiqləri ilə bağlı hədələrinə inanmır
Region21:05
Avropa çempionatı: Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb
Komanda20:55
Foto
Daşkənddə "Whispers of Wisdom" sənədli layihəsinin nümayişi keçirilib
Region20:47
Cənubi Sudanda BMT-nin 2 sülhməramlısı öldürülüb
Digər ölkələr20:39
Foto
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub
Mədəniyyət siyasəti20:38
Foto
Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Daxili siyasət20:34
Video