​Yaponiyada 800-dən çox yeraltı təkan qeydə alınıb

Digər ölkələr
  • 25 aprel, 2016
  • 02:52
​Yaponiyada 800-dən çox yeraltı təkan qeydə alınıb

Bakı. 25 aprel. REPORT.AZ/Yaponiyanın Kumamota prefekturasında, Küsü adasında aprelin 14-dən bu günə kimi 800-dən çox yeraltı təkan qeydə alınıb. "Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi Yaponiya Milli Meteorologiya idarəsinə istinadən xəbər yayıb.

Məlumata görə, aprelin 14-dən aprelin 25-ə kimi ölkədə 48 nəfər dünyasını dəyişib, 2 nəfər itkin düşüb. 270 nəfər ağır xəsarət alıb.

Zəlzələ nəticəsində 1700 tikili tamamilə dağılıb. Hazırda eüvakuasiya məntəqələrində 60 minə yaxın insan qalır.