Yaponiya Ukraynaya PUA-ları aşkarlayan sistemlər verəcək

Digər ölkələr
  • 12 iyul, 2023
  • 09:38
Yaponiya Ukraynaya PUA-ları aşkarlayan sistemlər verəcək

Yaponiyanın baş naziri Fumio Kisida NATO sammitində Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) aşkarlama sistemlərini verəcəklərini elan edib.

“Report” xəbər verir ki, məlumatı “Kyodo” agentliyi yayıb.

Məlumata görə, hökumət başçısı Yaponiyanın bundan sonra da Ukraynaya qeyri-öldürücü yardımları göstərəcəyini, xüsusən də PUA-ların aşkarlanması sistemləri ilə təmin edəcəyini vurğulayıb.

44 - Tezliklə