Yaponiya tarixində ilk dəfə baş nazir qadın ola bilər
- 07 sentyabr, 2025
- 20:51

Yaponiyanın Baş naziri Şigeru İşibanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri və hökumət başçısı vəzifəsindən istefa verəcəyini elan etdikdən sonra onun yerinə mümkün namizədlərin adları açıqlanıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, İşibanın yerinə ən güclü namizəd xanım Sanae Takaiçi hesab edilir.
İşiba hökumətində iqtisadiyyat və xarici işlər naziri kimi yüksək postlar tutan 64 yaşlı Takaiçi LDP sədri seçilcəyi təqdirdə, Yaponiya tarixində ilk qadın baş nazir olacaq.
Bundan başqa, Şinciro Koizumi, Yoşimasa Hayaşi, Yoşihiko Noda və Yuiçiro Tamaki də iddialı namizədlər sırasındadır.
Qeyd edək ki, Sanae Takaiçi son seçkilərdə Şigeru İşiba ilə ikinci tura qalmış, istefaya hazırlaşan baş nazirə 21 fərqlə (215-194) məğlub olmuşdu.