Xarkovda yaşayış binasına aviazərbə endirilib, 8 nəfər həlak olub
Digər ölkələr
- 01 mart, 2022
- 16:11
Xarkovda yaşayış binasına endirilən aviazərbə 8 nəfərin həyatına son qoyub, daha 6 nəfər yaralanıb.
"Report" zn.ua portalına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Yaşayış binasından 38 nəfər xilas edilib, onlardan ikisi dağıntılar altından çıxarılıb.
Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşları hava hücumu yerində axtarış-xilasetmə işləri aparır.
Bundan əvvəl Xarkovdakı Svoboda meydanına raket hücumu olub, nəticədə Xarkov Vilayət Dövlət Administrasiyasının və qonşu binaların bütün şüşələri sındırılıb. 7 nəfər ölüb, 24 nəfər xəsarət alıb, onlardan 11-i xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
03:17
Azərbaycan Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir
Xarici siyasət02:51
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
Digər ölkələr02:16
Türkiyə "S-400"ləri başqa ölkəyə vermək üçün danışıqları davam etdirir
Region01:39
İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
Region01:21
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb
Xarici siyasət01:12
Foto
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib
Xarici siyasət00:56
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib
Futbol00:27
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Hadisə00:11