Vyetnamda ilk dəfə baş nazirin müavini qadın təyin olunub
Digər ölkələr
- 25 oktyabr, 2025
- 21:11
Vyetnam Milli Assambleyası (birpalatalı parlament) keçmiş daxili işlər naziri Fam Txi Txan Çanın baş nazirin müavini kimi təyinatını təsdiqləyib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, onların namizədliklərinin təsdiqlənməsi üçün səsvermə Hanoyda 15-ci çağırış Milli Assambleyanın 10-cu və son iclasında baş tutub.
Baş nazir Fam Min Çinin əlavə iki müavininin namizədliyini təsdiqləyən qətnamə iclasda iştirak edən 430 parlament üzvündən 429-nun dəstəyini qazanıb.
61 yaşlı Fam Txi Txan Ça ölkə tarixində ilk dəfə baş nazirin müavini postuna təyin edilən qadın olub. Son təyinatlardan sonra hazırkı kabinetin rəhbərliyi baş nazir Fam Min Çin və doqquz müavin də daxil olmaqla 10 üzvdən ibarətdir.
Son xəbərlər
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.09.2026)
Maliyyə09:04
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
ASK09:00
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
Futbol08:57
Çin və ABŞ Amerika kömürünün idxal şərtləri barədə razılığa gəliblər
Digər ölkələr08:42
Yaponiyanın 4 mindən çox sakini tufandan sonra elektriksiz qalıb
Digər ölkələr08:28
ABŞ Prezidenti süni intellektlə bağlı açıqlama verəcək
Digər ölkələr08:11
Foto
Bakıda 10 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur07:59
Tramp Si Cinpinlə görüşdən sonra böyük irəliləyişlərin olduğunu bildirib
Digər ölkələr07:44