Vyanada Suriyaya Beynəlxalq Dəstək Qrupunun görüşü başlayıb

Digər ölkələr
  • 17 may, 2016
  • 07:42
Vyanada Suriyaya Beynəlxalq Dəstək Qrupunun görüşü başlayıb

Bakı. 17 may. REPORT.AZ/ Vyanada Rusiya və ABŞ-ın həmsədrləri olduğu Suriyaya Beynəlxalq Dəstək Qrupunun görüşü başlayıb.

Bu barədə "Report" "TASS"a istinadən xəbər verir. 

Rusiya XİN rəhbəri Sergey Lavrov ötən gün Avstriyanın paytaxtına gələrək, ABŞ-ın dövlət katibi Con Kerri, Suriya müxalifətinin bir sıra qruplarının nümayəndələrilə danışıqlar aparıb, eləcə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak edib. 

Görüş zamanı tərəflər Suriyada atəşkəs rejiminin bərqərar olunması üzrə Rusiya-ABŞ razılaşmasının icra olunmasını qiymətləndirəcək.

Razılaşmanın həyata keçirilməsinin müddəti, onun riayət olunmasına nəzarət, eləcə də Suriyada siyasi prosesin işə salınması kimi məsələlər diqqət mərkəzində olacaq.