Vens: Qrenlandiya ABŞ-nin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir
- 10 fevral, 2026
- 16:22
Qrenlandiya ilə bağlı danışıqlar ilkin mərhələdədir.
"Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurarkən jurnalistlərə bəyan edib.
"Son bir neçə həftə ərzində biz bu məsələ üzərində fəal işləyirik, lakin hər şey olduqca sadədir: Qrenlandiya ABŞ-nin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir", - o qeyd edib.
C.Vens həmçinin vurğulayıb ki, ABŞ-nin bəzi müttəfiqləri Arktikanın təhlükəsizliyinə kifayət qədər investisiya yatırmayıblar: "Hesab edirəm ki, müttəfiqlərimizdən bəziləri Arktikanın təhlükəsizliyinə daha az investisiya yatırıblar. Əgər biz Arktika təhlükəsizliyinə investisiya yatırmaq niyyətindəyiksə və faktiki olaraq böyük vəsaitlər xərcləyəcək, eləcə də bu nəhəng quru sahəsinin müdafiəsi üçün məsuliyyət götürəcəyiksə, o zaman Birləşmiş Ştatların bundan müəyyən fayda əldə etməsi tamamilə məntiqlidir".
C.Vens bildirib ki, yaxın bir neçə ay ərzində danışıqlar prosesi məhz bu aspekt üzərində cəmləşəcək.