Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib

Digər ölkələr
  • 25 iyun, 2026
  • 07:24
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib

Venesuela hakimiyyəti zəlzələdən sonra fövqəladə vəziyyət elan edib.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə prezident səlahiyyətlərini icra edən Delsi Rodriqes bildirib.

O, həmçinin Karakasın Mayketiya Beynəlxalq Hava Limanının dəyən ziyana görə bağlandığını açıqlayıb.

Ölkənin şimal hissəsində baş verən 7,1 maqnitudada zəlzələdən sonra ciddi ziyan qeydə alınıb.