Venesuela Prezidenti vəzifəsinin icrasına başlayıb
Digər ölkələr
- 10 yanvar, 2019
- 16:57
Bakı. 10 yanvar. REPORT.AZ/ Venesuela Prezidenti Nikolas Maduronun andiçmə mərasimi keçirilib.
“Report” “The Economist”ə istinadən xəbər verir ki, Venesuela Ali Məhkəməsində baş tutan tədbirdə bir sıra ölkələrin dövlət başçıları iştirak ediblər.
Ölkə konstitusiyasına əsasən, mərasim Milli Assambleyada millət vəkilləri qarşısında keçirilməlidir. Ancaq parlament müxalifətin nəzarətində olduğundan tədbir Ali Məhkəmədə baş tutub.
Xatırladaq ki, ötən il mayın 20-də keçirilən seçkilər zamanı 1,9 milyon səs toplayan müxalif Tərəqqi Avanqard Partiyasının lideri Henri Falkona qarşı 6,2 milyona yaxın səs toplayan N.Maduro ikinci müddətə prezident seçilərək 2025-ci ilədək Venesuelanı idarə edəcək.
Son xəbərlər
03:54
ABŞ-də fırtına daşqınlara və insan ölümlərinə səbəb olub
Digər ölkələr03:19
"Bloomberg": Yaxın Şərq ölkələri Hörmüz boğazından gizli neft ixrac edir
Digər ölkələr02:53
Çexiyada 39 meteostansiya temperatur rekordlarını qeydə alıb
Digər ölkələr02:11
Tramp Pentaqona Cənubi Koreya ilə hərbi təlimlərin miqyasını azaltmağı tapşırıb
Digər ölkələr01:37
Zimbabvedə bərə qəzası ilə bağlı təhqiqat başlayıb
Digər ölkələr01:08
Bu gün Tərtər, Ağdaş, Bərdə, Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
Energetika00:46
Admiral Kuper "USS Abraham Lincoln" təyyarə gəmisi heyətinin yorğunluğunu etiraf edib
Digər ölkələr00:18
Türkiyədə avtobus yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var
Region23:56