Venesuela ABŞ-də ölkənin müvəqqəti işlər vəkilini təyin edib

Digər ölkələr
  • 14 iyul, 2026
  • 19:42
Venesuela ABŞ-də ölkənin müvəqqəti işlər vəkilini təyin edib

Venesuelanın səlahiyyətli Prezidenti Delsi Rodriqes əvvəllər xarici ticarət naziri vəzifəsində çalışmış Yohann Alvares Markesi ölkənin ABŞ-dəkı müvəqqəti işlər vəkili təyin edib.

"Report" xəbər verir ki, bu barədə Rodriqes öz teleqram kanalında yazıb.

"Mən Yohann Alvares Markesi Venesuelanın Birləşmiş Ştatlardakı yeni müvəqqəti işlər vəkili təyin etmək qərarına gəldim. Onun vəzifəsinə ölkəmizin maraqlarını təmsil etmək və dialoq, əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsini təşviq etmək, beynəlxalq hüquqa və ölkələrimiz arasında qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin inkişafına kömək etmək daxildir", - paylaşımda bildirilib.

Rodriqes həmçinin qeyd edib ki, Alvaresin peşəkarlığına güvənir və onun Venesuela xalqının maraqlarının qorunmasına sadiq qalacağına əmindir.