Vaşinqtonda saxlanılan rusiyalı qadın casusluqda ittiham olunur

Digər ölkələr
  • 17 iyul, 2018
  • 02:55
Vaşinqtonda saxlanılan rusiyalı qadın casusluqda ittiham olunur

Bakı. 17 iyul. REPORT.AZ/ Vaşinqtonda saxlanılan Rusiya vətəndaşı Mariya Butina casusluqda ittiham olunur.

“Report” RİA Novostiyə istinadən xəbər verir ki, M.Butina amerikalı siyasətçilərlə görüşüb və ABŞ-da qərarların qəbul edilməsinə təsir etmək üçün Moskvanın ondan istifadə etdiyi ehtimal edilir.

Günahı sübuta yetirildiyi təqdirdə, Mariya Butina qeyd olunan ittiham üzrə 5 il həbs cəzasına məhkum edilə bilər.

44 - Tezliklə