ÜST Qəzza tibb müəssisələrinin enerji təchizatı üçün 70 min litr yanacaq çatdırıb
Digər ölkələr
- 25 yanvar, 2025
- 05:19
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tibb müəssisələrinin fəaliyyətini təmin etmək üçün Qəzzaya 70 min litr yanacaq çatdırıb.
“Report” “Al Jazeera”yə istinadən xəbər verir ki, bunu ÜST-ün rəhbəri Tedros Qebreyesus bildirib.
Qeyd edilib ki, yanacaq şəhərdəki 20 xəstəxananın və təcili yardım maşınlarının işini təmin etməlidir.
Misirə Qəzzanın 95 min sakinini üç ay ərzində dərman preparatları ilə təmin edəcək təyyarə göndərilir. Bu yükün ardınca daha iki təyyarə təchizatla gələcək.
"Qəzzadakı vəziyyət çətin olaraq qalır, lakin komandalarımız təcili həyati ehtiyacları ödəmək və səhiyyə sisteminin tez bir zamanda bərpası üçün yardımları çatdırmağa davam edir", - T.Qebreyesus deyib.
Son xəbərlər
20:07
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub
Digər19:53
Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol19:43
Video
İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib
Xarici siyasət19:36
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər
Digər ölkələr19:25
Lionel Messi Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb
Futbol19:09
Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
Xarici siyasət19:00
Video
Hikmət Hacıyev: Dünya Köçəri Oyunlarında komandamıza uğurlar arzulayırıq
Xarici siyasət19:00
Türkiyə millisinin futbolçusu Kənan Yıldız əməliyyat olunub
Futbol18:58