Lionel Messi Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb

Futbol
  • 31 avqust, 2026
  • 19:25
Lionel Messi Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb

Lionel Messi Argentina millisindəki karyerasını başa vurub.

"Report" xəbər verir ki, 39 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.

Messi 2022-ci ildə milli komanda ilə dünya çempionu olub. O, 2021 və 2024-cü illərdə Amerika Kubokunun, 2008-ci ildə Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

Təcrübəli oyunçu yığmada 125 qola imza atıb.

44 - Tezliklə