ÜST: 194 ölkə COVID-19 əleyhinə vaksinasiyaya başlayıb
Digər ölkələr
- 09 aprel, 2021
- 13:39
220 ölkə və ərazidən 194-ü koronavirus əleyhinə vaksinasiyaya start verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilmiş brifinqdə deyib.
“Bu günə qədər 220 ölkədən 194-ü artıq COVID-19-a qarşı vaksinasiyaya başlayıb. 26 ölkə hələ bu işi başlamayıb”, - o deyib.
ÜST rəhbərinin sözlərinə görə, 26 ölkədən 7-si vaksinləri alıb və peyvəndləmə kampaniyasına başlaya bilər: "Daha 5 ölkə peyvəndi yaxın günlərdə almalıdır. Qalan 14 ölkə müxtəlif səbəblərdən immunlaşdırmaya başlamayıb".
ÜST rəhbəri bildirib ki, bu ölkələrdən bəziləri hələ hazır deyil, bəziləri isə önümüzdəki həftələrdə və aylarda vaksinasiyaya başlamağı planlaşdırır.
Son xəbərlər
22:15
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
Hadisə22:03
"Naftogaz" və MOL Group Ukrayna üçün Macarıstanda yanacaq saxlama terminalı tikəcək
Digər ölkələr21:33
Foto
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
Fərdi21:29
Foto
Belqradda Azərbaycanın milli mətbəxi təqdim olunub
Mədəniyyət21:14
Premyer Liqanın Vl turunda "Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
Futbol20:50
Foto
Video
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub - YENİLƏNİB
Daxili siyasət20:41
Madrid derbisinin qalibi müəyyənləşib
Futbol20:25
Bloomberg: Supertanker çatışmazlığı uzaq məsafələrə neft tədarükünü əlverişsiz edib
Digər ölkələr20:14