Uqanda Prezidentinin oğlu seçkilərdə iştirak etmək niyyətindədir

Digər ölkələr
  • 26 avqust, 2026
  • 13:15
Uqanda Prezidentinin oğlu seçkilərdə iştirak etmək niyyətindədir

Uqanda Prezidenti Yoveri Museveninin oğlu, Silahlı Qüvvələrin rəhbəri Muhuzi Kayneruqaba 2031-ci ildə prezident postuna namizədliyini irəli sürəcəyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Mən 2031-ci ildə ölkədəki ən ali posta namizədliyimi irəli sürəcəyəm. Atamın dəstəyi ilə mən 2031-ci il seçkilərində səslərin 90%-ni toplayacağam", - Kayneruqaba bildirib.

Qeyd edilib ki, Uqanda Silahlı Qüvvələrinin 52 yaşlı rəhbəri uzun müddətdir ehtimal olunan varis kimi nəzərdən keçirilir. O, həmçinin sosial şəbəkələrdəki kəskin paylaşımları, o cümlədən müxalifət lideri Bobi Vaynın başını kəsmək təhdidləri ilə də tanınır. Qeyd olunur ki, Kayneruqaba yanvar ayında keçirilmiş son seçkilərdə opponentlərə təzyiqi artırmaq barədə göstəriş verərək və interneti kəsərək atasının yenidən seçilməsinin təmin edilməsində həlledici rol oynayıb.

44 - Tezliklə