Ukraynanın Çerniqov şəhərinin mərkəzində yaşayış massivinə düşən mərmi dağıntılara səbəb olub
Digər ölkələr
- 28 fevral, 2022
- 12:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya silahlı qüvvələri tərəfindən atılan raket Ukraynanın Çerniqov şəhərinin mərkəzində yaşayış massivinə düşüb.
Çerniqovda yaşayan azərbaycanlı professor, keçmiş məhkəmə sədri Sadiq Tağıyev “Report”un Şərqi Avropa bürosuna bildirib ki, şəhər dünən gecə saatlarında raket zərbəsinə məruz qalıb.
Beşmərtəbəli yaşayış binasının bünövrəsinə mərmi düşməsi nəticəsində birinci və ikinci mərtəbədə iki mənzil yanıb, bir qadın xəsarət alıb. S.Tağıyev bildirib ki, hadisə nəticəsində Çerniqov apellasiya məhkəməsinin binası da zərər görüb.
Məlumata görə, Çerniqov şəhərini atəşə tutan rus bölmələri geri oturdulub.
Ukraynanın Çerniqov şəhərinin mərkəzində yaşayış massivinə düşən mərmi dağıntılara səbəb olub
Son xəbərlər
23:00
Azərbaycanla Türkiyə Qara dənizin dibi ilə elektrik ötürücü xəttin çəkilməsini müzakirə edir
Region
22:56
Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
Digər ölkələr
22:53
BEA ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib
Energetika
22:45
Gürcüstan COP31 çərçivəsində Orta Dəhlizi müzakirə edib
Region
22:39
Sibiqa: Ukrayna Qara dənizdə və energetika sahəsində atəşkəslə bağlı təkliflərini təqdim edib
Digər ölkələr
22:38
Niderland hökuməti fikir ayrılıqlarına görə istefaya gedə bilər
Digər ölkələr
22:27
Foto
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
Xarici siyasət
22:19
Maqsud Mahsudov: "Gələn il belaruslu rəqibləri də məğlub edib qızıl medal qazanmağa çalışacağıq"
Fərdi
22:15
Kvrivişvili: Azərbaycanla əməkdaşlıq Aİ-yə elektrik enerjisi ixracı imkanlarını genişləndirəcək
Region