Ukraynada müharibənin başlanğıcından bəri ilk dəfə hərbçilərin tərxis olunacağı elan edilib
- 17 iyun, 2026
- 03:44
Yeniliklərdən dərhal xəbərdar olun!
2026-cı ilin sonunda Ukraynada hərbi qulluqçuların qismən tərxisi həyata keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə müdafiə naziri Mixail Fyodorov yerli TSN telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, proses 2022-ci ildən və ya daha əvvəldən xidmətdə olan hərbçiləri mərhələli şəkildə əhatə edəcək.
"Biz kalkulyator yaradacağıq. Hər bir hərbi qulluqçu hansı ayda (xidmətdən tərxis olunmağa - red.) düşə biləcəyinə baxa biləcək", - M. Fyodorov qeyd edib.
Bununla yanaşı, müdafiə qurumunun rəhbəri qeyd edib ki, hətta müqaviləsi qüvvədə olan hərbçilər də tərxis oluna biləcəklər:
"Əgər siz noyabr və ya dekabr aylarında tərxisə düşürsünüzsə, o zaman prezident fərmanının qüvvəsi birinci dərəcəli əhəmiyyət kəsb edəcək. Müqavilə imzalamağınıza baxmayaraq".
Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov "Liga"ya müsahibəsində indiki şəraitdə tərxisi qeyri-mümkün adlandırmışdı.