Ukrayna Olenivkada əsirlərə hücumla bağlı araşdırmaya başlayıb

Digər ölkələr
  • 29 iyul, 2022
  • 18:51
Ukrayna Olenivkada əsirlərə hücumla bağlı araşdırmaya başlayıb

Ukrayna Baş Prokurorluğu Donetsk vilayətinin Olenivka kəndində ukraynalı məhbuslara hücumla bağlı araşdırmalara başlayıb.

“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Baş Prokurorluğun teleqram kanalına istinadən məlumat yayıb.

Bildirilir ki, ukraynalı əsirlərin öldürülməsi ilə bağlı insident müharibə qanunlarının və adətlərinin pozulması kimi qiymətləndirilir.

“İstintaqın məlumatına görə, işğalçı dövlət 2022-ci il iyulun 29-da müvəqqəti işğal altında olan Donetsk vilayətinin Volnovaxski rayonunun Yelenovka kəndindəki 120 saylı islah koloniyasının ərazisinə zərbələr endirib. Nəticədə 50 nəfər həlak olub, 130 nəfər yaralanıb”, - məlumatda deyilir.

Qeyd edək ki, bu koloniyada mülki şəxslər və Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirləri saxlanılıb.

44 - Tezliklə