Ukrayna tərəfdaşlarından 42 ədəd F-16 qırıcısı alacaq

Digər ölkələr
  • 20 avqust, 2023
  • 12:41
Ukrayna tərəfdaşlarından 42 ədəd F-16 qırıcısı alacaq

Ukrayna birinci mərhələdə tərəfdaşlardan 42 ədəd "F-16" qırıcısı alacaq.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

"Mark Rutte (Niderandın Baş naziri -red) və mən Ukraynaya veriləcək "F-16"-ların sayı barədə razılığa gəldik - pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra. 42 ədəd təyyarə. Bu hələ başlanğıcdır", - Prezident yazıb.

Danimarka Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin pilotları üçün təlimlər başa çatdıqdan və digər şərtlər yerinə yetirildikdən sonra "F-16" döyüş təyyarələri təhvil veriləcək.

Qeyd edək ki, avqustun 17-də Amerika Birləşmiş Ştatları "F-16" qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib. ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna pilotların hazırlığı başa çatdıqdan sonra Amerika qırıcıları ilə təmin olunacaq.