Ukrayna Norveç ilə strateji tərəfdaşlıq sənədi imzalayacaq
- 23 avqust, 2026
- 22:50
Ukrayna Norveç ilə dron üzrə yeni razılaşmalar əldə edib və tezliklə müqavilələr bağlayacaq.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 23-də Kiyevdə keçirilən Baltikyanı və Skandinaviya ölkələri liderləri ilə birgə mətbuat konfransında bildirib.
"Strateji tərəfdaşlıq sənədini imzalayacağıq. Bu gün biz dron sazişi bağlayacağıq və bizimlə Norveç arasında strateji tərəfdaşlıq sənədini imzalayacağıq. Bu, vacibdir. Biz belə sazişləri Avropanın hər ölkəsi ilə bağlamalıyıq. Bu gün liderlər olaraq Ukraynanın HHM ehtiyaclarını, xüsusilə "Patriot" raketləri üçün qış dəstək paketini, eləcə də antiballistik "Freyja" layihəsini müzakirə etdik. Biz bir-iki həftə ərzində konkret addımlarla hazır olacağıq və bunları tərəfdaşlarımızla – bu layihələrin bütün nümayəndələri ilə bölüşəcəyik. Həmçinin biz Qara dənizdəki vəziyyəti və Rusiyanın ərzaq dəhlizini blokadaya almasını müzakirə etdik", - Zelenski vurğulayıb.