Ukrayna Krasnodarda neft emalı zavoduna zərbə endirib

Digər ölkələr
  • 26 yanvar, 2026
  • 15:12
Ukrayna Krasnodarda neft emalı zavoduna zərbə endirib

Ukrayna Silahlı Qüvvələri bu gecə Rusiyanın Krasnodar diyarındakı "Slavyansk Eko" neft emalı zavodunun infrastrukturuna zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı teleqram kanalında məlumat yayıb.

"Yanvarın 26-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri "Slavyansk Eko" neft emalı zavodunun infrastrukturuna zərbə endirib. Pilotsuz uçuş aparatı ilə zavodun ərazisinə zərbələr endirilib və partlayışlar qeydə alınıb. İlkin məlumata görə, neftin ilkin emalı qurğusunun elementlərinə zərbə endirilib. Vurulan ziyanın miqyası dəqiqləşdirilir", - Baş qərargah bildirib.

Həmçinin qeyd olunub ki, bu müəssisənin potensialı ildə 4 milyon tondan çox neft təşkil edirdi.

Baş qərargahın məlumatına görə, Donetsk və Zaporojye vilayətlərinin Rusiyanın nəzarətində olan ərazilərində Rusiya bölmələrinin maddi-texniki təminat anbarlarına zərbə endirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti