Ukrayna Baş nazirinin müavini uzun sürən münaqişəyə hazırlaşmağa çağırıb

Digər ölkələr
  • 15 avqust, 2023
  • 21:45
Ukrayna Baş nazirinin müavini uzun sürən münaqişəyə hazırlaşmağa çağırıb

“Müharibə daha nə qədər davam edəcək? Dürüst olmalıyıq. 2-3 həftə, ilin sonuna qədər, gələn yaz - bütün bunlar doğru deyil”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiya naziri İrina Vereşuk teleqramda yazıb.

İrina Vereşçuk həmvətənlərini uzun sürən münaqişəyə köklənməyə çağırıb: “Vətəndaşlar və hakimiyyət orqanları - hər kəs uzun sürən və çətin müharibəyə köklənməlidir”.