UKMTO: Oman sahillərində daha bir tanker vurulub

Digər ölkələr
  • 21 noyabr, 2026
  • 13:33
UKMTO: Oman sahillərində daha bir tanker vurulub

Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insident barədə məlumat alıb. Hörmüz boğazından çıxışa doğru hərəkət edən tankerin maşın bölməsi naməlum mərmi ilə vurulub", - məlumatda deyilir.

Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl də Həsəbdən (Oman) 11 dəniz mili şimalda - Hörmüz boğazını tərk etməkdə olan bir tankerin arxa hissəsinə naməlum mərmi dəyib. Səlahiyyətli orqanlar araşdırma apardığı müddətdə gəmilərə ehtiyatla hərəkət etmək və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunub.