Türkiyədə İŞİD-in 8 silahlısı zərərsizləşdirilib, SAO-nun 7 əsgəri həlak olub
Digər ölkələr
- 15 fevral, 2017
- 12:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 fevral. REPORT.AZ/ Suriyanın Əl-Bab bölgəsində terrorçu İŞİD qruplaşması silahlılarının Bəşşər Əsəd rejiminə müxalif olan Suriya Azadlıq Ordusunun (SAO) müvəqqəti düşərgəsinə bomba yüklənmiş avtomobillə hücum edərkən 8 terrorçu zərərsizləşdirilib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Xəbərdə bildirilib ki, avtomobildəki iki terrorçu-kamikadzenin özünü partlatması nəticəsində isə SAO-nun 7 əsgəri həlak olub.
Məlumata görə, bölgədəki Türkiyə hərbçiləri xəsarət almayıb.
Xəbərdə qeyd olunub ki, Baş Qərargah Əl-Babın böyük hissəsini terrorçulardan təmizlədiklərini və əməliyyatın davam etdiyini bildirib.
Son xəbərlər
16:36
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
Futbol
16:29
AQEM-in Baş katibi "Qarabağ atı" heykəlinə görə Azərbaycana təşəkkür edib
Xarici siyasət
16:28
Kayrat Sarıbay: AQEM yeni ölkələr üçün cəlbedici platforma olaraq qalır
Xarici siyasət
16:27
Foto
Tərtərdə "Toxum Sərgi-Satış Yarmarkası" keçirilib
ASK
16:25
"Liverpul"un gənc futbolçusu Luis Kumas Stiven Cerrardın göstəricisini təkrarlayıb
Futbol
16:24
Türkiyədə prezident seçkisi 2028-ci ilin əvvəlində keçiriləcək, Ərdoğan sonuncu dəfə namizəd olacaq
Region
16:24
Quterreş və Paşinyan Ermənistanla Azərbaycan arasında sülh prosesini müzakirə ediblər
Region
16:19
Foto
AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib
Futbol
16:14
BMT və AQEM qlobal çağırışların həlli üçün əməkdaşlığı gücləndirir
Xarici siyasət