Türkiyədə baş vermiş yol qəzası zamanı 6 nəfər ölüb

Digər ölkələr
  • 05 iyun, 2016
  • 09:55
Türkiyədə baş vermiş yol qəzası zamanı 6 nəfər ölüb

Bakı. 5 iyun. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində baş vermiş yol qəzası nəticəsində 6 nəfər ölüb. "Report"un məlumatına görə, bu haqda "Sabah" qəzeti xəbər verib.

Məlumata görə, hadisənin baş verməsinə səbəb içərisində 9 sərnişinin olduğu mikroavtobusun sürücüsünün sükan arxasında yuxulaması olub.

Həyatını itirmiş sərnişinlərdən 3-ü uşaqdır.

Hadisə zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.