Türkiyə və Fransa ABŞ-ı Qüdslə bağlı mövqeyindən çəkindirməyə çalışacaq

Digər ölkələr
  • 09 dekabr, 2017
  • 14:24
Türkiyə və Fransa ABŞ-ı Qüdslə bağlı mövqeyindən çəkindirməyə çalışacaq

Bakı. 9 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fransa prezidenti Emanuel Makronla telefonla danışıb.

"Report" "TASS"a istinadən məlumat verir ki, tərəflər İsrailin paytaxtını Təl-Əvivdən Qüdsə köçürülməsinin rəsmi Vaşiqtonun tərəfindən dəstəklənməsini müzakirə ediblər.

Ərdoğan Makronla telefon söhbəti zamanı qeyd edib ki, Qüdsün tarixi statusunun qorunması bütün bəşəriyyətin vəzifəsidir. 

Tərəflər birgə səyləri ilə ABŞ-ın öz qərarını dəyişməsinə inandıracaqları barədə razılığa gəliblər.