Türkiyə Nazirlər Kabinetinin İstanbuldakı terror aktıyla bağlı fövqəladə toplantısı keçirilib

Digər ölkələr
  • 19 mart, 2016
  • 13:18
Türkiyə Nazirlər Kabinetinin İstanbuldakı terror aktıyla bağlı fövqəladə toplantısı keçirilib

Bakı. 19 mart. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə Nazirlər Kabinetinin İstanbuldakı terror aktıyla bağlı fövqəladə toplantısı keçirilib. "Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. 

Yığıncaqda Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, İstanbul administrasiyasının, güc strukturlarının rəhbərləri iştirak ediblər. 

Toplantı 45 dəqiqə çəkib.