Trampla Zelenski arasında danışıqlar olacaq
Digər ölkələr
- 03 sentyabr, 2025
- 17:44
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla yaxın zamanda danışacağını elan edib.
"Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısı Danimarka Baş naziri Mette Frederiksen ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
V.Zelenskinin sözlərinə görə, danışıq "bu gün və ya yaxın günlərdə" keçiriləcək.
O vurğulayıb ki, əgər Rusiya Prezidenti Vladimir Putinlə görüş baş tutmasa, Ukrayna sanksiyalar şəklində dəstək və yardıma ehtiyac duyacaq.
Ukrayna Prezidenti qeyd edib ki, o, daha əvvəl bu mövzunu Trampla müzakirə edib və bir neçə həftə ərzində ABŞ-dən cavab addımları gözləyir: "Biz bu gün və ya yaxın günlərdə ABŞ Prezidenti ilə danışacağıq və bu məsələni dəqiqləşdirəcəyik".
Son xəbərlər
11:55
Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb
Hadisə11:52
Bəzi yerlərdə leysan yağış yağır - FAKTİKİ HAVA
Ekologiya11:48
Ticarət Palatası: Şimali Avropa biznesi Azərbaycanın enerji keçidinə maraq göstərir
Energetika11:45
UEFA "Clear Line" platformasını istifadəyə verib
Futbol11:37
Foto
Fransanın kolonial istismar mexanizmlərinə qarşı "Korte Bəyannaməsi" qəbul edilib
Xarici siyasət11:36
Azərbaycan Dominikana nar şirəsi ixrac etməyə hazırlaşır
Biznes11:28
"Bir" Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı assistentini təqdim edib
İKT11:20
Naxçıvanda indiyə qədər 5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
Maliyyə11:20
Video