Trampın olduğu helikopterin ekipajına lazer ilə maneçilik törədən şəxs həbs edilib

Digər ölkələr
  • 23 sentyabr, 2025
  • 04:55
Trampın olduğu helikopterin ekipajına lazer ilə maneçilik törədən şəxs həbs edilib

ABŞ-də prezident Donald Trampın helikopterinin ekipajını lazer ilə kor etməyə cəhd edən şəxs həbs edilib.

"Report" xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Hadisə sentyabrın 20-də axşam saatlarında Trampın olduğu helikopter Ağ Evdən yola düşərkən baş verib.

ABŞ Məxfi Xidmətinin əməkdaşı şübhəli köynəksiz bir adamın küçədə öz-özünə yüksək səslə danışdığını görüb. Agent kişiyə yaxınlaşanda o, qırmızı lazeri prezident helikopteri havaya qalxarkən pilotların üzünə tutub.

Məxfi Xidmət agenti dərhal lazeri adamın əlindən alıb və onun qollarını qandallayıb.

Məhkəmə sənədlərində bildirilib ki, həbs edilən şəxsin hərəkətləri prezident helikopterinin pilotu üçün, xüsusən də prezident təyyarəsini müşayiət edən helikopterlərin yaxınlığında aşağı hündürlükdə uçarkən qəfil görmə itkisi və oriyentasiyanın pozulması riski yaradıb.

Son xəbərlər

Bütün Xəbər Lenti