Trampın ailə biznesi birbaşa ABŞ hökuməti ilə işləməyəcək

Digər ölkələr
  • 10 dekabr, 2024
  • 17:16
Trampın ailə biznesi birbaşa ABŞ hökuməti ilə işləməyəcək

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp və ailəsinin biznesi hökumətlə birbaşa işləməyəcək.

“Report” xəbər verir ki, bunu onun oğlu və “The Trump Organization” şirkətinin icraçı vitse-prezidenti Erik Tramp “Reuters”ə müsahibəsində deyib.

O bildirib ki, bu öhdəliklər çox ciddidir və birinci dəfə etdiyi kimi, ikinci dəfə də bunu bacaracaq.

E.Tramp əlavə edib ki, hökumətlə birbaşa işləmək maraqların toqquşmasına səbəb olacaq.

44 - Tezliklə