Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Digər ölkələr
  • 28 dekabr, 2025
  • 22:59
Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında Ukrayna lideri Volodimir Zelenskini qəbul edib.

"Report"un məlumatına görə, Ağ Ev rəhbəri jurnalistlərlə qısa söhbətində bildirib ki, Rusiya-Ukrayna müharibəsi "çox tez" bitə bilər.

O qeyd edib ki, Avropa ölkələri müharibə başa çatdıqdan sonra Ukraynada sülhün qorunmasında əhəmiyyətli dərəcədə iştirak edəcəklər.

Eyni zamanda ABŞ prezidenti hesab edib ki, hər iki tərəf sülh istəyir və razılaşmalar son mərhələdədir: "Biz danışıqların son mərhələsindəyik. Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək", - Tramp bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti