Tramp qudasının ABŞ-nin Fransadakı səfiri təyin edilməsinə münasibət bildirib
Digər ölkələr
- 11 dekabr, 2024
- 09:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çarlz Kuşnerin (ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın qızı İvanka Trampın qayınatası) Birləşmiş Ştatların Fransadakı səfiri təyin edilməsi bu ölkəyə xüsusi münasibətin olması ilə bağlıdır.
“Report” xəbər verir ki, bunu Donald Tramp “Paris Match” qəzetinə müsahibəsində bildirib.
"Bəli, bu, xüsusi münasibətdir. O, İvankanın qayınatası və mənim çox yaxşı dostum olmaqla yanaşı, həm də çox istedadlı və zərif insandır. Ç.Kuşner bu missiyadan məmnundur", - Tramp vurğulayıb.
O, həmçinin qeyd edib ki, iki ölkə arasındakı münasibətlərdə ticarət, müdafiə və Ukrayna böhranı ilə bağlı məsələlər prioritet olacaq.
Ç.Kuşnerin böyük oğlu Cared Kuşner Trampın birinci prezidentlik müddətində onun baş müşaviri olub.
Son xəbərlər
09:37
Kamal Umudlu "Roma" – "Real" oyununu idarə edəcək
Futbol
09:34
Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək
Digər ölkələr
09:34
AMB kredit riskləri ilə bağlı son qərarını şərh edib
Maliyyə
09:33
Azərbaycan neftinin qiyməti 131 dolları keçib
Energetika
09:20
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
Komanda
09:08
UEFA Çempionlar Liqası: II tura 9 oyunla start veriləcək
Futbol
09:00
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Futbol
08:58
Panamada baş verən zəlzələ altı mindən çox insana təsir edib
Digər ölkələr
08:50
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.10.2026)
Maliyyə