Tramp Putinlə Macarıstanda görüşünü ləğv etmə səbəbini açıqlayıb

Digər ölkələr
  • 08 noyabr, 2025
  • 01:17
Tramp Putinlə Macarıstanda görüşünü ləğv etmə səbəbini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya tərəfinin Ukrayna ilə müharibəni bitirməkyə hazır olmadığını gördüyü üçün Budapeştdə Rusiya lideri Vladimir Putinlə görüşünü ləğv edib.

"Report"un məlumatına görə, Tramp bu barədə Macarıstanın Baş naziri Viktor Orbanla görüş zamanı jurnalistlərin Budapeştdəki görüşün ləğvi ilə bağlı sualını cavablandırarkən deyib.

"Əsas fikir ayrılığı ondadır ki, onlar hələ də dayanmaq istəmirlər. Düşünürəm ki, dayanacaqlar. Bu, Rusiya üçün böyük təsirə malikdir, hər iki ölkəyə açıq-aşkar təsir edir", – deyə Tramp bildirib.

O həmçinin münaqişənin "çox uzaq olmayan gələcəkdə" həll olunacağına inandığını vurğulayıb.

Amerika Prezidenti əlavə edib ki, əgər Putinlə görüş razılaşdırılsa, onu Macarıstanın paytaxtında keçirmək istəyərdi.

Son xəbərlər

Bütün Xəbər Lenti