Tramp: NATO ölkələrinin əksəriyyəti müdafiə xərclərini ÜDM-in 5 %-dək artırmağa razılaşıb
- 08 iyul, 2026
- 20:44
Yeniliklərdən dərhal xəbərdar olun!
NATO ölkələrinin əksəriyyəti illik müdafiə xərclərini ÜDM-in 5 %-dək artırmağa razılaşıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitində bildirib.
Onun sözlərinə görə, işçi sessiya zamanı iştirakçılar NATO ölkələrinin yeni hədəf göstəricisinə nail olmaq istiqamətindəki irəliləyişini müzakirə ediblər.
"Bəziləri həqiqətən də çağırışa cavab verdilər, digərləri ciddi dəyişikliklər həyata keçirir və öhdəliklərini yerinə yetirəcəklər. Mən bütün ölkələri öz planlarını sürətləndirməyə çağırıram, bu göstəriciyə mümkün qədər tez nail olsunlar", - Tramp deyib.
ABŞ lideri xatırladıb ki, NATO-nun keçənilki sammitində müttəfiqlər illik müdafiə xərclərinin baza səviyyəsinin ÜDM-in 2 %-dən 5 %-dək artırılması barədə "görünməmiş razılaşma" əldə ediblər. Onun sözlərinə görə, çoxları bunu qeyri-mümkün hesab edirdi.
"İndi əksər ölkələr bununla razılaşıb", - Tramp əlavə edib.