Tramp: Narkotik ticarəti üçün istifadə olunan gəmi məhv edilib

Digər ölkələr
  • 20 sentyabr, 2025
  • 06:56
Tramp: Narkotik ticarəti üçün istifadə olunan gəmi məhv edilib

ABŞ Prezidenti Donald Tramp beynəlxalq sularda narkotik ticarəti üçün istifadə edilən və göyərtəsində üç nəfərin olduğu gəminin Amerika qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə Ağ Ev rəhbərinin "Truth Social" sosial şəbəkəsindəki səhifəsində elan edilib.

Məlumata görə, Pentaqon Trampın göstərişi ilə "ABŞ-nin Cənub Komandanlığının məsuliyyət zonasında (Mərkəzi və Cənubi Amerika, Karib dənizi regionu - red.) narkotik ticarəti üçün istifadə edilən təyin edilmiş terror təşkilatı ilə əlaqəli gəmini vurub.

"Kəşfiyyat gəminin qanunsuz olaraq narkotik vasitə daşıdığını və amerikalıları zəhərləmək üçün məlum narkotik ticarəti marşrutu ilə getdiyini təsdiqləyib. Zərbə beynəlxalq sularda gəminin göyərtəsində olan narko-terrorçulardan üç nəfəri öldürüb", - Amerika lideri əlavə edib.

O, gəminin məhv edilməsinin videosunu da yayıb. Tramp əmin edib ki, zərbə nəticəsində ABŞ hərbçilərindən heç biri zərər görməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti