Tramp Kanadanı Ağ Evi yandırmaqda ittiham edib
Digər ölkələr
- 06 iyun, 2018
- 20:54
Bakı. 7 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Tryudo ilə telefon danışığında Kanadanı 1814-cü ildə Ağ Evi yandırmaqda ittiham edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tryudo Trampı tənqid edərək deyib ki, ABŞ milli təhlükəsizlik maraqlarının qorunması məqsədilə polad və alüminiuma rüsum tətbiq edib. Tramp isə cavab olaraq, "Məgər siz Ağ Evi yandıran öğlanlar deyilsiniz?", - deyib.
Dövlət başçısı 1812-1815-ci illərdə baş vermiş İngiltərə-ABŞ müharibəsinə əsaslanıb. Həmin vaxtlar britaniyalılar Ağ Ev və Kapitoli də daxil olmaqla, ABŞ-ın hökumət binalarını yandırıblar. Kanada həmin illərdə Britaniyanın müstəmləkəsi idi.
Son xəbərlər
23:21
Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib
Region23:13
Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə edib
Region23:11
Tramp İranın ABŞ-la razılaşma imzalamağa hazır olduğuna şübhə edir.
Digər ölkələr22:52
Rusiya rəsmilərinin Azərbaycana qarşı açıqlamaları hüquqi məsuliyyət yaradır - RƏY
Xarici siyasət22:40
Brent neftinin qiyməti 91 dolları ötüb
Energetika22:35
Kim Çen In Trampın danışıqlar təklifini qəbul edib
Digər ölkələr22:33
Hakan Fidan Əraqçi ilə Hörmüz boğazının açılmasını müzakirə edib
Region22:30
Azərbaycanın iki yunan-Roma güləşçisi U-20 dünya çempionatında medal qazanıb
Komanda22:27