Tramp: İranda qətllər dayandırılıb

Digər ölkələr
  • 15 yanvar, 2026
  • 00:33
Tramp: İranda qətllər dayandırılıb

ABŞ Prezidenti Donald Tramp İranda qətllərin dayandırıldığını bəyan edib.

"Report" xəbər verir ki, Amerika lideri bunu Ağ Evdə sənədlərin imzalanma mərasimində deyib.

"Bizə məlumat verilib ki, İranda qətllər dayandırılır – onlar artıq dayanıb", - deyə o bildirib.

Tramp həmçinin bu məlumatı "hələ yoxlayacağını" qeyd edib.

Bundan əvvəl "Reuters" agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, regionda gərginliyin artması fonunda ABŞ növbəti sutka ərzində İrana zərbələr endirə bilər.

Qeyd edək ki, İranda dekabrın 28-də milli valyutanın qəfil kəskin dəyər itirməsindən sonra etirazlar başlayıb və o vaxtdan bəri ölkənin ən azı 46 şəhərini bürüyüb. Mövcud məlumatlara görə, uşaqlar da daxil olmaqla, yüzlərlə insan həlak olub, çox sayda insan yaralanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti