Tramp Ədliyyə Nazirliyindən FTB-nin onun seçki kampaniyasına müdaxiləsini araşdırmağı tələb edib
Digər ölkələr
- 20 may, 2018
- 20:58
Bakı. 21 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Ədliyyə Nazirliyindən Federal Təhqiqatlar Bürosunun (FTB) onun seçki kampaniyasına müdaxilə edib-etməməsini aydınlaşdırmağı tələb edib.
"Report" xəbər verir ki, bu barədə Amerika lideri "Twitter"də bildirib.
Tramp həmçinin bildirib ki, o, yaxın vaxtlarda rəsmi bəyanatla çıxış edəcək.
"Tələb edirəm və bunu sabah rəsmən edəcəm ki, Ədliyyə Nazirliyi FTB/Ədliyyə Nazirliyi tərəfindən Trampın seçkiqabağı kampaniyasına siyasi məqsədlərlə müdaxilə və ya müşahidənin, habelə Obama administrasiyasının (ABŞ-ın keçmiş prezidenti Barak Obama nəzərdə tutulur-red) nümayəndələri tərəfindən bu cür tələblərin olub-olmaması məsələsinə baxsın", - deyə o, "Twitter"də yazıb.
Son xəbərlər
04:17
Tramp İranla telefon danışıqlarının davam etdiriləcəyini düşünür
Digər ölkələr03:54
"Arsenal" İngiltərə Premyer Liqasında liderliyini geri qaytarıb
Futbol03:33
Bəqai: İran Fars körfəzi dövlətləri ilə münasibətlərə böyük əhəmiyyət verir
Region03:07
ABŞ İranı blokadaya almasından sonra 37 gəminin istiqamətini dəyişib
Digər ölkələr02:40
"Mançester Siti" İngiltərə Kubokunun finalına çıxıb
Futbol02:22
İsrailin Baş naziri Livanda "Hizbullah"ın hədəflərinə güclü zərbə endirməyi əmr edib
Digər ölkələr01:57
Hakan Fidan iranlı və pakistanlı həmkarları ilə telefonla danışıb
Region01:33
İngiltərə Premyer Liqası: "Tottenhem" "Vulverhempton"u məğlub edib
Futbol01:24