Rauf Əliyev: "Neftçi" ilə oyunda "Qarabağ"ın qələbə şansı daha çoxdur"
- 17 oktyabr, 2026
- 14:18
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi" ilə oyunda "Qarabağ"ın qələbə şansı nisbətən çoxdur.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin və adıçəkilən hər iki klubun keçmiş futbolçusu Rauf Əliyev deyib.
37 yaşlı sabiq hücumçu Misli Premyer Liqasının VIII turunda üz-üzə gələcək "Qarabağ" və "Neftçi" komandalarının şanslarını dəyərləndirib:
"Bizi çox maraqlı oyun gözləyir. Çünki hər iki komanda cari mövsüm Premyer Liqada çempionluğa əsas namizədlərdəndirlər. Lakin "Qarabağ" əvvəlki illərə nisbətən daha rəqabətli çempionatda oynayır. Çünki rəqiblər də gücləniblər. "Neftçi" və "Sabah" komandaları "Qarabağ"ın əsas rəqiblərindəndir. Bu baxımdan Ağdam klubu üçün cari mövsüm Premyer Liqada çıxış etmək elə də rahat deyil. Bununla belə, "Neftçi"yə qarşı matçda "Qarabağ"ın qələbə şansı nisbətən daha çoxdur. Adına layiq derbi izəyəcəyimizə inanıram və hər iki kollektivə uğurlar arzu edirəm".
Qeyd edək ki, "Qarabağ" – "Neftçi" matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da start götürəcək.