Tramp demokratları "cinayətkarlığın partiyası" adlandırıb

Digər ölkələr
  • 02 oktyabr, 2018
  • 01:28
Tramp demokratları cinayətkarlığın partiyası adlandırıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Amerika lideri Donald Tramp Demokratlar Partiyasını ittiham edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri siyasi rəqiblərinin ABŞ-ı Venesuelaya çevirmək istədiyini bildirib.

ABŞ rəhbəri Tennessi şəhərində çıxışı zamanı demokratların sərhədlərin təhlükəsizliyi və miqrasiya məsələlərinə dair mövqeyini tənqid edib.

"Demokratlar cinayətkarlıq partiyasıdır. Onlar sizin küçələri xarici cinayətkarlarla doldurmağa hazırlaşırlar", - deyə o bildirib.

Tramp siyasi təşkilatı "cinayətkarlığın partiyası" adlandırıb.