Tramp Aİ-dən gələn mallara 50 % gömrük rüsumunun tətbiqini ertələməyə razılaşıb
Digər ölkələr
- 26 may, 2025
- 02:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrinin ixracına 50 faizlik ticarət rüsumlarının tətbiqini iyunun 1-dən iyulun 9-na keçirməyə razılaşıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
"Bu gün mənə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen zəng edərək, Avropa İttifaqı ilə 50 faizlik ticarət rüsumlarının tətbiqi müddətinin 1 iyundan uzadılmasını xahiş etdi. Mən 9 iyul 2025-ci ilə qədər uzadılmasına razılıq verdim", – paylaşımda qeyd edilib.
Amerika lideri əlavə edib ki, Avropa Komissiyasının Prezidenti onu Vaşinqton və Brüssel arasında ticarət danışıqlarının tezliklə başlayacağına əmin edib.
Трамп согласился перенести введение пошлин в размере 50% на товары из ЕС
Trump says he’ll delay threatened 50% tariff on EU until July
Son xəbərlər
08:14
Foto
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
Digər ölkələr
08:00
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Futbol
07:39
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
Digər ölkələr
07:22
Tayvan nadir torpaq metallarının istehsalı üzrə ilk zavodu inşa etməyi planlaşdırır
Digər ölkələr
06:58
Cənubi Koreya və ABŞ "Freedom Flag" birgə hərbi təlimlərinə başlayıb
Digər ölkələr
06:28
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək
Region
05:35
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
Digər ölkələr
05:13
Donald Tramp israilliləri seçkilərdə Netanyahunu dəstəkləməyə çağırıb
Digər ölkələr