İngiltərədə qatarların toqquşması nəticəsində bir nəfər ölüb, 89 nəfər yaralanıb - YENİLƏNİB

Digər ölkələr
  • 20 iyun, 2026
  • 04:03
İngiltərədə qatarların toqquşması nəticəsində bir nəfər ölüb, 89 nəfər yaralanıb - YENİLƏNİB

Bedford yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində bir nəfər ölüb, 89 nəfər yaralanıb.

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, bu barədə Şərqi İngiltərə Təcili Yardım Xidmətindən bildirilib.

Məlumata görə, yaralılardan 11 nəfərin həyatı üçün təhlükə var, daha 22 nəfərin isə xəsarəti ciddidir.

56 sərnişinə yüngül xəsarət diaqnozu qoyulub, bir nəfər hadisə yerində dünyasını dəyişib.

İnsidentin bütün hallarının müəyyən edilməsi üçün araşdırma davam edir.

Bedford (Bedfordşir qraflığı, Böyük Britaniya) yaxınlığında iki qatar toqquşub.

"Report" bu barədə Britaniyanın "The Telegraph" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Korbidən gələn qatar Nottinqemdən gələn qatarın arxa hissəsinə çırpılıb, nəticədə sərnişinlər ciddi xəsarətlər alıblar. Hadisə yerinə beş təcili tibbi yardım helikopteri cəlb edilib.

Sərnişinlərin sözlərinə görə, qəza qəfil olub, toqquşmadan əvvəl maşinist təcili tormozlama etməyib.

İnsidentin təfərrüatları araşdırılır, hadisə yerində aidiyyəti xidmətlərin əməkdaşları çalışır.

44 - Tezliklə