Tayvanda 5,4 bal gücündə zəlzələ baş verib

Digər ölkələr
  • 03 aprel, 2019
  • 03:55
Tayvanda 5,4 bal gücündə zəlzələ baş verib

Tayvanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb. 

"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Taydun şəhərindən 29 km şimal-qərbdə qeydə alınıb. Təbii fəlakət ocağı 10 km dərinlikdə yerləşib.

Hazırda tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Xəbər verildiyi kimi, Aleut adalarında 6,5 bal gücündə zəlzələ baş verib.