Taliblər Əfqanıstanın şimalında 16 avtobus sərnişinini edam edib

Digər ölkələr
  • 31 may, 2016
  • 08:14
Taliblər Əfqanıstanın şimalında 16 avtobus sərnişinini edam edib

Bakı. 31 may. REPORT.AZ/ "Taliban" hərəkatının yaraqlıları çərşənbə axşamı Əfqanıstanın şimalında 16 avtobus sərnişinini edam edib.

"Report" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Kunduz vilayətinin rəsmilərilərinin agentliyə bildirdiyinə görə, yaraqlılar bir neçə avtobusdan sərnişinləri toplayaraq 16 nəfəri güllələyib, xeyli sayda insanı girov götürüb.