Taliban yaraqlıları Əfqanıstanın şimal-qərbində hərbi bazanı ələ keçirib

Digər ölkələr
  • 14 avqust, 2018
  • 08:25
Taliban yaraqlıları Əfqanıstanın şimal-qərbində hərbi bazanı ələ keçirib

Bakı. 14 avqust. REPORT.AZ/ Əfqanıstanda "Taliban" hərəkatının yaraqlılarının ölkənin şimal-qərbində yerləşən hərbi bazaya hücumu nəticəsində azı 17 hərbçi ölüb, 12-si yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Fəryab vilayətində qeydə alınıb.

Hücum nəticəsində yaraqlılar "Chenayeeha" bazasını ələ keçirməyə müvəffəq olublar.