​"Taliban" silahlıları Əfqanıstanda 50-dən çox blokpostu ələ keçirib

Digər ölkələr
  • 28 may, 2015
  • 18:04
​Taliban silahlıları Əfqanıstanda 50-dən çox blokpostu ələ keçirib

Bakı. 28 may. REPORT.AZ/ "Taliban" hərəkatı son bir neçə gün ərzində Uruzqan əyalətində 50-dən çox blokpost ələ keçirib.

"Report" xəbər verir ki, bu barədə Əfqanıstan parlamentinin nümayəndəsi Məhəmməd Hənif Hənəfiyə istinadən "TOLO news" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, silahlılar blokpostları Xas-Uruzqan və Dehravud rayonlarına hücum zamanı tutublar.

O, həmçinin əlavə edib ki, həmin zaman göstərilən yerlərdə xidmət keçən əsgərlərin bir hissəsi özünə qəsd edib.